Xəbər lenti

Ukraynadan daşınan taxılın miqdarı açıqlandı
Dünya19:25 20.12.2022

Ukraynadan daşınan taxılın miqdarı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Taxıl sazişi" çərçivəsində indiyədək Ukraynanın 14,3 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.
Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 569 gəmi Ukrayna limanlarını tərk edib. Dekabrın 20-də isə Ukraynanın ərzaq məhsulları ilə dolu daha 4 gəmisi Odessa limanlarından yola düşüb.
Hazırda Odessa limanlarında 27 gəmi emal mərhələsindədir. Onlara 1 milyon ton Ukrayna kənd təsərrüfatı məhsulu yüklənir.