“Azərbaycanlı dostlarımız, dəstəyinizə görə sizə təşəkkür edirik”.
Ukraynanın Xarici İşlər Nazirliyi Azərbaycana BMT Baş Assabmleyasında keçirilən müzakirələrdə dəstəyinə görə təşəkkür edib. Oxu.Az xəbər verir ki, Ukrayna XİN-in “Twitter” səhifəsində bununla bağlı Azərbaycan dilində təşəkkür ifadə olunub.
“Azərbaycanlı dostlarımız, dəstəyinizə görə sizə təşəkkür edirik”, deyə XİN bildirib. Qeyd edək ki, martın 27-də BMT Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.
Qaynar.info


