Xəbər lenti

Ukraynadan Rusiyaya şok: Rus qazının Macarıstana tranziti dayandırıldı
Dünya14:12 01.10.2021

Ukraynadan Rusiyaya şok: Rus qazının Macarıstana tranziti dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Rusiyadan Macarıstana qaz tranzitini dayandırıb.
Qaynarinfo xəbər verir ki, "Operator of GTS of Ukraine" şirkətindən verilən məlumata görə, 1 oktyabr saat 07:00-dan etibarən yeni qaz gününün başlaması ilə tranzit dayandırılıb.
Bu, "Qazprom" un Balkan Axını qaz kəməri və Cənub-Şərqi Avropadakı boru kəmərləri ilə Macarıstana qaz verməyə başlamasından, yəni Ukraynadan yan keçməsindən sonra baş verib.
Qeyd edək ki, sentyabrın 27-də Rusiya konserni Macarıstan hakimiyyəti ilə iki ölkə arasında növbəti 15 il ərzində hər il 4,5 milyard kubmetr qaz tədarük ediləcək iki müqavilə imzalayıb.
Alpər