Ukraynalı jurnalist və teleaparıcı Ostap Drozdov Ukraynadakı rusdilli vətəndaşların "birhüceyrəli" olduqlarını deyib.
Qaynarinfo xəbər verir ki, o, şəxsi YuTub kanalının efirində belə bir açıqlama ilə çıxış edib.
Aparıcı qeyd edib ki, Ukraynada heç kim "xarici, təcavüzkar və işğalçı və təhdid edən" rus dilini başa düşməməlidir. Bununla birlikdə, hər kəsin ukraynca bilməli olduğunu vurğulayıb. Drozdov ukraynca danışmayanların Qərbi Ukraynaya deyil, Rusiyanın Qızıl üzük şəhərlərinə getmələrinin lazım olduğunu deyib.
Ostap Drozdov efirdəki mübahisəli açıqlamaları ilə tanınır. Proqramında o, artıq Ukraynanın nəzarətində olmayan ərazilərin sakinlərinin taleyi ilə maraqlanmadığını açıqlayıb və bunu belə izah edib: "Çünki mənim zooparka olan marağım çoxdan itib”.
Alpər