Xəbər lenti

Dünya 13:49 31.08.2022

Ukraynalı deputat: Rusiya tezliklə İrandan daha yüz PUA alacaq

Ukrayna parlamentindəki "Holos” partiyasının lideri Yuliya Klimenko "İran İnternational”a deyib ki, yaxın gələcəkdə Rusiya İrandan bu yaxınlarda aldığı dronlardan əlavə, daha 100 pilotsuz təyyarə almağa hazırlaşır.

Qaynarinfo bu barədə "Iranintl" saytına istinadən xəbər verir.

İran İnternational-a müsahibə verən Klimenko deyib ki, Ukrayna hökuməti rus əsgərlərinin İran daxilində İran pilotsuz təyyarələri ilə işləmək üçün təlim keçdiyini bilir.

Ukrayna parlamentinin bu üzvü İranın Rusiyaya pilotsuz təyyarə göndərməsindən "dərin sarsıntı keçirdiyini və kədərləndiyini” bildirib.

Qeyd edilir ki, bir müddət əvvəl "New York Times” qəzeti ABŞ rəsmilərinə istinadən Rusiyanın 100 İran PUA-sı aldığını açıqlamışdı.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->