Xəbər lenti

Ukraynalı dünya çempionu da orduya qatıldı
İdman14:21 28.02.2022

Ukraynalı dünya çempionu da orduya qatıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Keçmiş dünya çempionu, boksçu Vasili Lomaçenko Rusiyaya qarşı döyüşmək üçün Ukrayna silahlı qüvvələrinə qatılıb.
Qaynarinfo xəbər verir ki, üç fərqli kateqoriya üzrə dünya çempionu olan boksçu Ukraynanın müdafiə qüvvələrinə qoşulub. 34 yaşlı idmançı sosial şəbəkə hesabında hərbi formada olan fotosunu paylaşıb.
ESPN-də yer alan xəbərə görə, Lomaçenko müharibənin başladığı gün Yunanıstana gedib. Lakin ailəsi və sevdikləri ilə yaxın olmaq istəyən boksçu daha sonra Rumıniya vasitəsilə Ukraynanın Odessa şəhərinə yollanıb.
Lomaçenko 2008 Pekin və 2012 London Olimpiadalarının qızıl medalçısı olub. Ukraynalı boksçu 2009-cu ildə Milanda, 2011-ci ildə Bakıda keçirilən dünya çempionatlarında müxtəlif çəkilərdə qızıl medal qazanıb.
Vasili Lomaçenko ölkəsinin silahlı qüvvələrinə qoşulan yeganə məşhur boksçu deyil. Vladimir və Vitali Kliçko qardaşları da bu müharibədə iştirak etmək qərarına gəliblər. Vitali Kliçko Ukraynanın paytaxtı Kiyevin hazırkı meridir.
 
Səbuhi Həsənov