Xəbər lenti

Ukraynalı hərbçinin başının kəsildiyini əks etdirən videoya rus zabitindən reaksiya
Dünya06:13 17.04.2023

Ukraynalı hərbçinin başının kəsildiyini əks etdirən videoya rus zabitindən reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müharibə müxbiri Andrey Tsaplienko rus işğalçılarının canlı ukraynalı əsgərin başını kəsdiyi videonu təhlil edib. 
Qaynarinfo xəbər verir ki, TSN-in süjetində o, başkəsən əsgərlərini müdafiə edən və onlara haqq qazandıran rus təbliğatçılarının reaksiyasına diqqət çəkib.
"Lakin bizim üçün əsas odur ki, onlar bu hərbi cinayəti rusların törətdiyini belə başa düşürlər. Beynəlxalq tribunal üçün sübutlar hazırdır", - müxbir deyir.
Bu dəhşətli video yeni deyil, kadrda yaşıllıq var, ona görə də onu indi yerləşdirmək kimə fayda verəcək? - deyə aparıcı Alla Mazur sual edib.
"Mən belə başa düşdüm ki, onlar yeni bir işə "təşəbbüs” göstərir. Məqsəd odur ki, hərbçilərin əlləri qana bulaşsın, bu qanla sona qədər getsin, əsir düşməsin, sona qədər mübarizə aparsın və anlasın ki, ordudan geriyə yolu yoxdur. Qoşunların əhval-ruhiyyə səviyyəsinə, bölmələrin döyüş qabiliyyətinə nəzarət edən xüsusi bölmələr var. Məsələn, "mobillər” arasında "intiuzamsızlıq” başlayanda bu videonu onlara göstərdilər və onlar dərhal başa düşdülər ki, onlar əsir götürmürlər, onları da əsir götürməyəcklər”, - Ukrayna tərəfinə keçən Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Vladislav Ammosov Tsaplienkoya müsahibəsində bildirib.
Yəni, Rusiya Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ərəfəsində bu videonu elə indi yaymaqla öz bölmələrinin döyüş dayanıqlığını artırmaq istəyir.
Alpər