Ukrayna hərbi müxbiri Yuri Butusov öz "Telegram" kanalında Ukrayna hərbçiləri tərəfindən işğal olunmuş Kursk vilayətinin Sudja hərbi komissarlığından video yayımlayıb.
Qaynarinfo xəbər verir ki, komissarlıqda saxlanılan sənədlər arasında hərbi xidmətdən yayındıqları üçün axtarışa verilmiş rusiyalıları işlərinin olduğu qutu da olub. Kadrlarda Butusovun qovluqları necə yandırması və onların yanması göstərilir.
"Bizim borcumuz ukraynalılara qarşı döyüşmək və Putin üçün ölmək istəməyən vətəndaşlara kömək etməkdir, buna görə də bütün şəxsi sənədlər məhv edilib", hərbi müxbir yazıb.
Tapıntıya münasibət bildirərək, o, hərbifən yayılanların sənədləri olan qutunu "ağıllı insanların siyahısı" adlandırıb.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri avqustun 6-da Kursk vilayəti ərazisinə daxil olub. Ukrayna qüvvələrinin hücumuna məruz qalan ilk yaşayış məntəqələrindən biri Sudjan rayonunun inzibati mərkəzi olan Sudja şəhəri olub. Avqustun 14-də Ukraynanın TSN telekanalı Sudjadan reportaj nümayiş etdirib. Göstərilən kadrlara əsasən, Ukrayna Silahlı Qüvvələri şəhərin ən azı qərb və mərkəzi hissələrinə inamla nəzarət edir.
Nizami Bağırov