Xəbər lenti

Ukraynalı nazir: "Partnyorlarımız müharibəni unutmaq istəyirlər"
Dünya07:37 15.10.2023

Ukraynalı nazir: "Partnyorlarımız müharibəni unutmaq istəyirlər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib ki, Qərb Ukrayna məsələsində zəiflik nümayiş etdirir.
Qaynarinfo xəbər verir ki, nazir bu barədə "Reuters"ə müsahibəsində danışıb.
"Mən partnyorlarımızın böyük yorğunluğunu, böyük zəifliyini müşahidə edirəm, onlar müharibəni unutmaq istəyirlər", deyə Marçenko bildirib.
Nazir bu problemin ABŞ-da qarşıdan gələn prezident seçkiləri və gələn il Avropa Parlamentinə keçiriləcək seçkilərlə bağlı olduğuna diqqət çəkib. Bundan əlavə, o, geosiyasi dəyişiklikləri qeyd edib.
Nazir həmçinin qeyd edib ki, danışıqlar zamanı Kiyev 2022-ci ilə nisbətən iki dəfə çox səy göstərməyə məcburdur.
Oktyabrın 14-də Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko Qərbin Kiyevə dəstəyini davam etdirməyə hazır olduğunu pessimist şəkildə qiymətləndirib.
Bundan əvvəl "American Military Watch Magazine" Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin Kiyev və Moskva arasında qarşıdurmanın nəticələrinə ciddi təsir göstərə biləcəyini yazmışdı. Materialın müəllifləri qeyd ediblər ki, son vaxtlar Qərb ölkələrinin şəhərlərinin küçələrində Ukrayna bayraqlarını İsrail bayraqları əvəz etməyə başlayıb.
Aydın