Ukraynalı partizanlar işğal olunmuş şəhərlər üzərində Ukrayna bayrağını qaldırıblar. Belə ki, Müqavimət hərəkatı ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə Qaynarinfo Ukrayna Müdafiə nazirliyinin Baş kəşfiyyat idarəsinin "Facebook” hesabına istinadən xəbər
verir.
Unikal kadrlar avqustun 24-də Mariupol, Xerson və Xarkov vilayətlərində lentə alınıb.
Baş kəşfiyyat idarəsi qeyd edib ki, partizanlar Ukrayna torpaqlarının tezliklə azad edilməsi üçün yorulmaz mübarizə aparırlar.
"Müqavimət hərəkatı Müstəqillik Günü münasibətilə Ukraynanın Mariupol, Xerson, Xarkov, Donbass, Luqansk və Krım torpaqlarından təbriklər göndərir. Sarsılmaz ölkənin sarsılmaz xalqına", - xəbərdə deyilir.
Nizami Bağırov