Xəbər lenti

Ukraynalı qaçqınların 25%-i Avropadan geri qayıtmağı planlaşdırmır (SORĞU)
Dünya 15:26 18.10.2024

Ukraynalı qaçqınların 25%-i Avropadan geri qayıtmağı planlaşdırmır (SORĞU)

Təxminən 25% Ukraynalı qaçqın uzunmüddətli perspektivdə Ukraynaya qayıtmağı planlaşdırmır. Bu, Münhendəki Ifo İnstitutunun Beynəlxalq İnstitusional Müqayisələr və Miqrasiya Tədqiqatları Mərkəzinin keçirdiyi sorğunun nəticələrindən görünür.

Qaynarinfo xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Sorğunun nəticələrinə görə, Ukraynalı qaçqınların təxminən 35%-i Ukraynada yenidən təhlükəsiz şərait yaranan kimi geri qayıtmaq istəyir. Cəmi 4% respondent yaxın vaxtlarda təhlükəsizlik vəziyyətindən asılı olmayaraq geri dönməyi planlaşdırır. 

Qeyd olunur ki, qaçqınların təxminən 11%-i artıq Ukraynaya qayıdıb, 25%-i isə hələ qərar verməyib.

"Bizim nəticələrimiz göstərir ki, Ukraynalı qaçqınların çoxu öz ölkələrinə qayıtmaq istəyirlər, lakin müharibənin gedişi əksəriyyət üçün həlledici faktordur. Münaqişə nə qədər uzun davam edirsə, bir o qədər çox insan gələcəyini Ukraynadan kənarda təsəvvür edə bilir”, — deyə Ifo-nun miqrasiya üzrə tədqiqatçısı İvonne Gising bildirib.

Ifo sorğusu 2024-cü ilin iyun ayında keçirilib.

BMT-nin məlumatlarına görə, 2024-cü ilin sentyabr ayının sonuna qədər Avropa ölkələrində müvəqqəti müdafiə statusu alan 6 milyondan çox ukraynalı var. Daha 600 minə yaxın ukraynalı Avropadan kənarda sığınacaq alıb.

Ən çox Ukrayna vətəndaşını qəbul edən ölkələr - digər ölkələrlə müqayisədə böyük fərqlə Polşa və Almaniyadır.

Hazırda Almaniyada 1,2 milyon ukraynalı müvəqqəti sığınacaq alıb. Polşada isə 970 min Ukraynalı müvəqqəti müdafiə altında olsa da, müharibə dövründə bu rəqəm 1,8 milyondan çox olub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->