Ukraynalı Anna Zaitseva Rusiyanın nəzarətində olan Mariupol şəhərindəki Azovstal polad zavodunda iki ay qapalı qaldığı sığınacaqda keçirdikləri ağır günlərdən danışıb.
Qaynarinfo xəbər verir ki, Britaniyanın "Daily Mail” qəzetinə danışan 24 yaşlı Anna Zaitseva aclıqdan kabusu gördüklərini bildirib.
Anna 6 aylıq körpəsi Svyatoslav və ailəsi ilə "Azovstal"dakı yeraltı bunkerdə 60 gün qaldıqlarını deyib.
Ukraynalı qadın sığınacağa gətirilən ərzaq yardımının gündən-günə azaldığı üçün gündə bir dəfə yemək yediklərini, sıyıq, şorba və makaronla qidalandıqlarını bildirib. Anna yağış sularını və qarı əridərək təmiz su aldıqlarını, körpəsinin yeməyi üçün suyu şamla qızdırdıqlarını deyib.
O və anası Larisa 9 kq, atası Oleq isə 19 kq arıqlayıb.
Anna Zaitseva və həyat yoldaşı.
Bir il əvvəl evlənən fransız dili müəllimi Anna Zaitsevanın həyat yoldaşı Kirill əsgərliyə gedib və qarşıdurma zamanı ayaqlarından ağır yaralanıb
Anna aclıqdan bunkerdə qalanların kabus gördüyünü bildirib: "Bəzi gecələr rus əsgərlərinin orda olan hər kəsi öldürdükləri kimi qorxulu kabuslar görürdük. Gecə yarısı "kömək edin" deyən insanların qışqırığna oyanırdıq”.
Qeyd edək ki, Ukraynanın Rusiya tərəfindən işğalı altında olan Mariupol şəhərində mülki əhalinin və Azov batalyonunun ukraynalı əsgərlərinin sığındığı Azovstal polad zavodundan təxliyyəsi təxminən iki aya yaxındır ki, başa çatıb.
Ukrayna baş nazirinin müavini İrina Vereşçuk təxliyə ilə bağlı danışarkən bildirib ki, prezidentin tapşırığı yerinə yetirilib, "Azovstal"dakı bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib. Mariupol humanitar əməliyyatının bu hissəsi başa çatıb. 2 aydır həyat mübarizəsi aparan dinc sakinlər qrup halında 220 km uzaqlıqdakı Zaporojya şəhərinə təxliyə edilib.
Günay