Ukraynalı qadın snayper müharibənin ilk günlərindən Rusiyaya qarşı döyüşür. "Uqolek” kod adlı snayper 2017-ci ildən ordu sıralarında xidmət edir və ölkənin şərqində dəfələrlə döyüş tapşırıqlarını yerinə yetirib.
Qaynarinfo xəbər verir ki, "Uqolek” Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidmətinə açıqlama verib.
Bu ilin yanvarında snayperin müqaviləsi başa çatıb və o, karyerasına fasilə vermək qərarına gəlib. Lakin müharibə başlayan kimi ordu sıralarına qayıdıb və Dəniz Korpusunda fəaliyyətini bərpa edib.
"Uqolek” Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidmətinə açıqlamasında bunları deyib:
"Hamısını öldürmək lazımdır. Bunlar insan deyil. Nasistlər bunlar qədər qəddar deyildi. Biz mütləq qalib gələcəyik. Şəxsən mən sona qədər dayanacağam. Sevinirəm ki, bəzi adamlarımız gözlərini açıb və indi kimin kim olduğunu başa düşürlər".
Aydın