Ukraynalılar United24 təşəbbüsü çərçivəsində ilk dəniz hücum dronu üçün pul toplayıblar. O, simvolik olaraq "Xerson" adlandırılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorovun "Telegram"ına istinadən
yazıb.
Nazirin sözlərinə görə, ilk dron üçün vəsait iki saatdan az müddətdə yığılıb. Aksiyanın ilk gününün planı - 10 ədəd belə dronun istehsalı üçün kifayət edəcək məbləği yığmaqdır.
Fedorov qeyd edib ki, belə dronlar artıq Sevastopol körfəzində özünü göstərərək Rusiya donanmasının "Admiral Makarov” flaqmanını vurub. Bundan sonra onun sözlərinə görə, təcavüzkar ölkə suda danılmaz üstünlüyünü itirib.
Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski United24 xeyriyyə platforması vasitəsilə dəniz pilotsuz pilotsuz aparatları üçün ianə topladığını elan etmişdi.
Nizami Bağırov