Dünya 15:13 30.01.2023

Ukraynalılar İrana qarşı “kibercihad”a başladı: ən böyük məlumat bazası ələ keçirildi

Ukraynanın "HackYourMom” qrupunun hakerləri İranın ən böyük mobil operatoru IranCell-in məlumat bazasını sındıraraq internetə "sızdırıblar”.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna HackYourMom qrupunun nümayəndəsi Nikita Knışın Facebook səhifəsinə istinadən yazıb.

O, əlavə edib ki, məlumatlar, digər məsələlərlə yanaşı, İrandakı hərbi hədəfləri onlara silah tədarükü səbəbindən məhv etmək üçün toplanır.

"Bunu biz başlamadıq, ukraynalıları məhv etmək üçün silah vermək lazım deyildi”, - Knış öz postunda yazıb.

O, bunu da vurğulayıb ki, fikrincə, İranın hərbi obyektləri və mühüm infrastruktur obyektləri ukraynalıları məhv edən silahların tədarükünə görə ukraynalı hakerlər üçün qanuni hədəfdir.

"Düzünü desəm, təkcə ən böyük mobil operator deyil, demək olar ki, bütün texnologiya sektoru birləşdirilib. Eynilə Rusiya Federasiyasında olduğu kimi. Çünki kibercihad belədir", - Knış qeyd edib.

Nizami Bağırov