Xəbər lenti

Ukraynalılar Rusiyanın cənubda birinci müdafiə xəttini yardı - CNN
Dünya13:31 25.08.2023

Ukraynalılar Rusiyanın cənubda birinci müdafiə xəttini yardı - CNN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna qırıcıları, cənubda, xüsusən də Zaporojye bölgəsində Rusiya hərbçilərinin birinci müdafiə xəttini keçiblər.
Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Almamlakatv-yə müsahibəsində
"Ukrayna qoşunlarının Zaporojye vilayətində cənub cəbhə xəttinin bir hissəsində Rusiya müdafiəsinin birinci xəttini yardığını və strateji əhəmiyyətli Tokmok şəhəri istiqamətində pazı genişləndirdiyini göstərən əlamətlər artır.
...İndi bir neçə rusiyalı hərbi bloger cənubun bəzi bölgələrində Moskva qoşunları üçün cəbhənin acınacaqlı mənzərəsini çəkir”, - CNN qeyd edib.
Xüsusilə, onlardan biri Ukraynanın cənubdakı Silahlı Qüvvələrinin Novoprokopovkaya doğru irəlilədiyini bildirib (Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bunu təsdiqləyib), həmçinin şərqdəki Verbovoye bölgəsində hər iki istiqamətdə güclü artilleriya atəşi altında paralel hücuma başlayıb.
Bəzi rusiyalı qondarma hərbi müxbirlər bildirirlər ki, Ukrayna irəliləyən piyadaları əhatə etmək üçün təyyarələrdən istifadə edir və Malaya Tokmaçka ərazisinə əlavə sursat köçürüb.
Həmçinin, bəzi "hərbi müxbirlərin” fikrincə, rus qoşunları cəbhənin digər sektorunda uğur qazanmağa və döyüş meydanında vəziyyəti dəyişməyə çalışmaq üçün ən azı ay yarım öz mövqelərini saxlamalıdırlar.
Alpər