Xəbər lenti

Ukraynalıların 50%-dən azı 1991-ci il sərhədlərinə qayıtmağa inanır (SORĞU)
Dünya09:58 04.04.2024

Ukraynalıların 50%-dən azı 1991-ci il sərhədlərinə qayıtmağa inanır (SORĞU)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynalıların yalnız 45%-i hesab edir ki, Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukrayna 1991-ci ildə malik olduğu bütün əraziləri saxlayacaq. Hələ 2023-cü ilin sentyabrında belə respondentlər 68% təşkil edirdi.
Qaynarinfo NV-yə istinadən xəbər verir ki, belə nəticəyə Beynəlxalq respublika institutunun təhlil və sosioloji tədqiqatlar mərkəzinin sifarişi ilə Ukraynanın "Reytinq” sosioloji qrupunun 2024-cü il fevralın 17-21-də keçirdiyi ümumkrayna sorğusu əsasında gəlinib.
Tədqiqat ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilib. 
Müharibənin başa çatması nəticəsində Ukraynanın sərhədlərinin necə olacağı ilə bağlı sualı cavablandıran respondentlərin 45%-i Ukraynanın 1991-ci ildə malik olduğu bütün əraziləri saxlayacağına əmin olduğunu bildirib. Eyni tədqiqatın müqayisəli məlumatlarına görə, bu rəqəm Rusiya Federasiyasının tammiqyaslı işğalı zamanı ilk dəfə olaraq 50%-dən aşağı düşüb. 2022-ci ilin aprelində ukraynalıların 53%-i müharibədən sonra 1991-ci il sərhədlərinə qayıtmağa inanırdı, bu, 2022-ci ilin iyununda 64%, 2023-cü ilin fevralında 74%, 2023-cü ilin sentyabrında 68% olub.
Hazırda (2024-cü ilin fevralına) ukraynalıların daha 7%-i hesab edir ki, müharibədən sonra Ukrayna Krımı yox, Donbası qaytaracaq. 
Respondentlərin daha 7%-i əmindir ki, Ukrayna Krımı qaytara biləcək, lakin işğal olunmuş "DXR" və "LXR"-ni qaytara bilməyəcək. 
Ukraynalıların 16%-i hesab edir ki, müharibənin nəticəsi tammiqyaslı işğal başlamazdan əvvəl (24 fevral 2022-ci ilə qədər) onun nəzarətində olan ərazilərin Ukrayna tərəfindən geri qaytarılması olacaq.
Respondentlərin daha 16%-i hesab edir ki, Rusiya Federasiyası ilə böyük müharibə nəticəsində Ukrayna 2024-cü il fevralın 24-də olan xətlə müqayisədə bəzi əlavə əraziləri itirəcək.
Respondentlərin yalnız 1%-i Rusiyanın işğal nəticəsində Ukraynanı tamamilə işğal edə biləcəyinə inanır.
İndi 1991-ci il sərhədlərinə qayıdışına inananların əksəriyyəti daha yaşlı respondentlərdir (51 yaşdan yuxarı) - 52%. Bununla belə, 18-35 yaşlı ukraynalı gənclər arasında respondentlərin yalnız 37%-i bu fikirdədir, 36-50 yaşlı respondentlər arasında isə respondentlərin 44%-i müharibədən sonra Ukraynanın ərazi bütövlüyünün tam bərpasına inanır.
Nizami Bağırov