Ukraynalıların 89%-i Rusiyanın şəhərə qarşı taktiki nüvə silahından istifadə etməsindən sonra belə müqavimət göstərməyə hazırdır, 93%-i Rusiya qoşunlarının, o cümlədən işğal olunmuş Krımdan tam çıxarılmasını atəşkəsin şərti kimi göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ukrainska pravda” Münhen Təhlükəsizlik İndeksi 2023 və DW-yə istinadən
yazır.
Ötən ilin noyabrında keçirilən sorğuya əsasən, ukraynalıların 95%-i şəhərlərin bombalanması davam edərsə, hərbi müqavimətin davam etdirilməsinin tərəfdarıdır.
89% Rusiya döyüş meydanında və ya Ukrayna şəhərlərinə qarşı taktiki nüvə silahından istifadə etdikdən, 91% isə Qara dəniz üzərində bomba partlamasından sonra da müqavimətin davam etdirilməsinə səs verib.
Bundan əlavə, 93% tam atəşkəs üçün rus qoşunlarının, o cümlədən işğal olunmuş Krımdan çıxarılmasını zəruri hesab edir. Hər on nəfərdən biri Krımın müzakirə predmetindən çıxarılması variantına razıdır, 80% buna qarşıdır.
7 faiz Rusiya qoşunlarının ötən il fevralın 24-dək olan "demarkasiya xəttinə” çıxarılmasını dəstəkləyir. 1% hər şeyin olduğu kimi qalmalı olduğuna inanır, 97% buna qarşıdır.
Ukraynalılar, həmçinin Rusiyadan gələn uzunmüddətli təhlükəni anlayırlar. Əksəriyyət (83%) hesab edir ki, Vladimir Putin Rusiyada hakimiyyətdə olduğu müddətdə heç vaxt təhlükəsiz olmayacaqlar. 75% Qərb zəmanəti olmadan təhlükəsiz ola bilməyəcəklərinə inanır, eyni sayda - 71% - Qərb silahlarının tədarükünü təhlükəsizliyin şərti adlandırıb. 65% NATO üzvlüyünün təhlükəsizliyin təminatı olduğunu deyir.
DW xəbər verir ki, Münhen təhlükəsizlik konfransı ilk dəfə olaraq Ukraynanı yeni hazırlanmış Münhen təhlükəsizlik indeksini hesablamaq üçün vətəndaşları sorğulanan ölkələr siyahısına daxil edib. Bu siyahıda daha əvvəl Rusiya olub. Lakin bu il təşkilatçılar "repressiyaların artması” səbəbindən rusiyalılar arasında sorğu keçirməmək qərarına gəliblər.
Nizami Bağırov