Xəbər lenti

Ukraynanı bombalayan rus generalın “QKÇP” tarixçəsi - Bir neçə cinayətdə ittiham edilib
Dünya13:03 08.03.2022

Ukraynanı bombalayan rus generalın “QKÇP” tarixçəsi - Bir neçə cinayətdə ittiham edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın bombalanmasına rəhbərlik edən Rusiya Hava Kosmik Qüvvələrinin komandanı, ordu generalı Sergey Surovkin 1991-ci ildə baş verən "QKÇP” hadisələrinin fiqurantlarından olub. 
Qaynarinfo Qərb mediasına istinadən xəbər verir ki, Sergey Surovkin Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin (QKÇP - Qosudarstvennıy Komitet po Çrezvıçaynomu Polojeniyu) göstərişi ilə Moskvaya yeridilən hərbi texnikaya şəxsən rəhbərlik edib. Həmin vaxt 3 nəfər tankın altında qalaraq ölüb.  
Sergey Surovkinin karyera yüksəlişi 1987-ci ildə Omsk Ali Hərbi Komandanlıq Məktəbini bitirdikdən sonra başlayıb. 4 il sonra Tamansk divizyasının komandiri olub. 
1995-ci ildə mayor rütbəsi daşıyan Surovkin Moskva Qornizonunun Hərbi Məhkəməsi tərəfindən bir neçə cinayətdə təqsirli bilinib. Mənimsəmə, qanunsuz silah satışı və qanunsuz silah gəzdirmək maddələri ilə mühakimə olunub. Bu maddələrlə 8 il azadlıqdan məhrum edilməsi gözlənilsə də, cəza kifayət qədər yüngül olub - 1 il şərti cəza.
2014-cü ildə artıq general-polkovnik rütbəsinə yüksələn Surovkin Rusiya Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin komandanı olub. Həmin vaxt Rostov vilayətində çalışan Surovken tabeliyində olan tankların bir hissəsini Ukraynanın cəbu-şərqinə göndərib. 
2017-ci ilin noyabrında Kosmik Hava Qüvvələrinin komandanı təyin olunan Sergey Surovkinə 2021-ci ildə isə ordu generalı rütbəsi verilib. 
Seyid