Xəbər lenti

Ukraynanı dəstəkləməkdə aparıcı rolundan əl çəksə... - WSJ
Dünya10:36 02.10.2023

Ukraynanı dəstəkləməkdə aparıcı rolundan əl çəksə... - WSJ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa liderləri qarşılaşmaq istəmədiyi bir məsələ ilə üzləşiblər: Birləşmiş Ştatlar Ukraynanı dəstəkləməkdə aparıcı rolundan əl çəksə, Avropa boşluğu doldura bilərmi? 
Qaynarinfo xəbər verir ki, bu barədə The Wall Street Journal yazır.
Vaşinqton həftə sonu Ukraynaya yardımı istisna edərək hökumətin fəaliyyətinin dayandırlmasının qarşısını almağa qərar verdikdən sonra Aİ bu problemlə üzləşib. Qərar bütün Atlantikanı şoka salıb. Bazar ertəsi Kiyevlə həmrəylik nümayişində Avropanın xarici işlər nazirləri Ukraynada görüşüblər. Görüçdə prezident Zelenski və onun xarici işlər naziri də iştirak edib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev "insidentin” təkrarlanmaması üçün Konqresdəki hər iki partiya ilə işləyir. Bazar ertəsi o, "ABŞ-ın dəstəyinin sarsıldığını hiss etmirik" deyib. 
Avropa İttifaqının diplomatiya rəhbəri Cosep Borrel bildirib ki, blok "dəstəyin tempini saxlamağa və artırmağa davam edəcək”. Konqres qısamüddətli maliyyələşdirmə qanun layihəsini qəbul edərkən, Slovakiyadakı seçicilər açıq şəkildə Avropanın Ukraynaya dəstəyinin siyasi hədlərə malik olduğunu bildirdilər.
Bayden administrasiyasının rəsmiləri israr edirlər ki, Vaşinqton lazım olduğu müddətdə Kiyevə yardım göstərməyə davam edəcək. Lakin respublikaçıların artan təzyiqi iqtisadi və hərbi yardım paketlərini qəbul etməyə mane olur. 
Müdafiə sənayesi nümayəndələrinin fikrincə, Avropa müdafiə sənayesi kollektiv şəkildə indi Ukraynanın ehtiyac duyduğu artilleriya sursatının yalnız 5-10%-ni istehsal edə bilir. Hökumətlər şirkətlərə uzunmüddətli müqavilələr təklif etmədikcə, region üçün Ukraynanın silah ehtiyaclarını ödəmək çətin olacaq. Aİ-nin məlumatına görə, müharibə başlayandan bəri Avropa İttifaqı və onun üzvü olan ölkələr Ukraynaya humanitar, büdcə və hərbi dəstək üçün 80,3 milyard dollar ayırıb. Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, ABŞ-ın Ukraynaya hərbi, büdcə və humanitar yardımı təxminən 74 milyard dollar təşkil edir. 
Nizami Bağırov