Dünya 22:03 02.02.2023

Ukraynanı Şərqi Avropanın İsrailinə çevirməliyik - NATO-nun eks-şefindən təklif

Ukrayna hakimiyyəti artıq müharibədən sonrakı təşkilatlanma və onun təhlükəsizliyini təmin edə biləcək beynəlxalq təminat məsələlərini müzakirə edir. NATO-nun keçmiş baş katibi Anders Yörq Rasmussen ABŞ-İsrail razılaşmalarını nümunə götürməyi təklif edir.

Qaynarinfo xəbər verir ki, bu barədə  "Financial Times” yazır.
 
Rasmussen Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermakla birlikdə ötən il tövsiyələr hazırlayan Ukrayna üçün beynəlxalq təhlükəsizlik təminatları üzrə işçi qrupuna rəhbərlik edir. İndi o, Ukraynanın İsrailin ABŞ-dan aldığı dəstəyi almasına imkan verəcək sənədi təbliğ etmək üçün Avropa paytaxtlarını gəzir.

"Biz ABŞ-İsrail münasibətindən çox ilham aldıq", - proqramı hazırlayarkən, Rasmussen deyib.

ABŞ-İsrail paktı və razılaşması, İsrailin təkbaşına özünü müdafiə edə bilməsini təmin etməkdir. Və ABŞ buna hər vasitə ilə kömək edəcəyinə söz verib. Və burada da (Ukrayna məsələsində) eyni şeydir.

Birləşmiş Ştatlar 1973-cü ildə Misir və Suriyanın gözlənilmədən hücumuna məruz qaldığı Yom Kippur müharibəsi zamanı İsraili döyüş və hücum təyyarələri də daxil olmaqla silah təchizatı ilə fəal şəkildə dəstəkləyib. Bundan sonra Vaşinqton və Təl-Əviv İsraildə ABŞ silah və sursatları olan anbarların yerləşdirilməsi barədə razılığa gəliblər.

1980-ci illərdə imzalanmış strateji memorandum tankların, zirehli personal daşıyıcılarının və sursatların erkən yerləşdirilməsini nəzərdə tuturdu, 2000-ci illərdə proqram Quru qoşunlar, Hərbi Dəniz Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələri üçün avadanlıqları əhatə edəcək şəkildə genişləndirildi. ABŞ Konqresinin bir il əvvəl açıqladığı hesabata görə, İsrail 2006-cı ildə Hizbullahla müharibədə və 2014-cü ildə HƏMAS-a qarşı əməliyyatlarda ABŞ anbarlarındakı silahlardan istifadə edib.

İndi ABŞ bu anbarlardan Ukraynaya sursat tədarükü ilə bağlı İsraillə razılığa gəlib.

Nizami Bağırov