Xəbər lenti

Ukraynanın daha bir məşhur aktyoru müharibədə həlak oldu
Dünya06:30 11.07.2023

Ukraynanın daha bir məşhur aktyoru müharibədə həlak oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Teatr aktyoru Filip Vinner Rusiyanın genişmiqyaslı işğalının əvvəlindən Ukrayna Silahlı Qüvvələrinə qoşularaq Ukraynanın şərqində ölkəsini müdafiə edib. O, il yarımdan çox rus təcavüzünə qarşı vuruşub, lakin işğalçılarla daha bir döyüş, təəssüf ki, onun həyatına son qoyub.
Qaynarinfo xəbər verir ki, iyulun 10-da Vinnerin ölümü ilə bağlı məlumat "Honest Theater" Facebook səhifəsində yer alıb. İyulun 9-da onun 32 yaşı tamam olub.
"Aktyorumuz Filip Vinner əbədilər cərgəsinə qoşuldu. Teatrımızın ailəsi yoxsullaşdı. Filip işğalın ilk günlərindən torpağımızı ən qaynar nöqtələrdə qorudu və teatrla yaşamağa davam etdi, onun səhifəsində səngərdən şeirlər görürdük, o, teatrı özü ilə müharibəyə aparmışdı. Onu Rusiya öldürdü. Bunu bağışlamayacağıq. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - teatrın mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Vinner 26-cı əlahiddə atıcı batalyonunda xidmət edib.
O, müharibədə ola-ola ukraynalı yazıçıların şeirləri ilə videolar çəkdirib, sonuncu dəfə Vasili Simonenkonun "Aşqda iş günləri və bayramlar var” şeirini oxuyub.
Qeyd edək ki, bir müddət əvvəl UNİAN  könüllü olaraq cəbhəyə gedən daha bir məşhur sənətçinin ölümü ilə bağlı https://www.unian.net/lite/stars/stav-supervojinom-na-viyni-zaginuv-vidomiy-hudozhnik-shcho-pishov-na-front-dobrovolcem-12254667.html məlumat yayıb.
Alpər