Xəbər lenti

Ukraynanın daxili işlər naziri prokurorluğa çağrılıb
Dünya05:52 06.12.2013

Ukraynanın daxili işlər naziri prokurorluğa çağrılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın daxili işlər naziri Vitali Zaxarçenko Kiyevdə nümayişçilərə zor tətbiq edilməsi səbəbindən prokurorluqda ifadə verəcək. 

Anspress Rusiya mətbuatına istinadən xəbər verir ki, Vitali Zaxarçenko şahid qismində Baş Prokurorluğa dəvət edilib. Bu barədə Baş Prokurorluğunun idarə rəisi Aleksandr Kalifitski jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, nazir bu gün ifadə vermək üçün Baş Prokurorluğa çağrılıb. Qeyd edək ki, Ukrayna müxalifətinin tələblərindən biri də Vitali Zaxarçenkonun nümayişçilərə qarşı zor tətbiq etməsinə görə, cəzalandırılması ilə bağlıdır.

Qaynar.info