Əgər Ukraynanın əks-hücum əməliyyatı "əhəmiyyətli irəliləyiş əldə etməsə”, o zaman Rusiya "yaxın iki ay ərzində atəşkəs təklif edə və dərhal danışıqlara başlaya bilər”.
Qaynarinfo,
19FortyFive portalına istinadən xəbər verir ki, belə bir senarini ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton təqdim edib.
Bolton əmindir ki, Moskvanın "əsas rıçaqları” Ukraynanın hücumda "nisbi uğursuzluğu” olacaq. ABŞ prezidentinin keçmiş müşaviri hesab edir ki, "Berlin, Paris və hətta Vaşinqtondakı siyasi liderlər atəşkəslə razılaşmaq və danışıqlara başlamaq üçün hədsiz dərəcədə şirnikləndiriləcəklər”.
O, iddia edir ki, "çoxları münaqişəni unutmaq istəyəcəklər”, onsuz da Avropada "Ukraynaya xaricdən ritorik dəstəyə baxmayaraq, hərbi və maliyyə yardımının səviyyəsi ləng, istəksiz və qeyri-kafi olub”.
Bolton hesab edir ki, Çin danışıqlarda vasitəçi kimi çıxış edə bilər.
Daha əvvəl rəsmi Kiyev Moskva ilə danışıqların Qərb ölkələri üçün fiaskoya çevriləcəyini bildirmişdi.
Alpər