Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenko Göyçə gölündə boğulub. Hadisə dünən, avqustun 13-də axşam saatlarında baş verib.
Qaynarinfo "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi onun ölümünü
təsdiqləyib.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, adı açıqlanmayan Ukrayna vətəndaşı saat 20:17 radələrində Göyçə gölünün ictimai çimərliyində sahildən təxminən 30 metr aralıda çimərkən boğulub. Onun meyiti elə həmin axşam göldən çıxarılıb. Ölümün digər təfərrüatları açıqlanmır.
Aleksandr Sençenko 2022-ci ildən Ermənistanda diplomatik xidmətdə çalışıb. O, Ukraynanın ölkədəki diplomatik missiyasına rəhbərlik edib.
Nizami Bağırov