Xəbər lenti

Ukraynanın hərbi təyyarəsi vuruldu - VİDEO
Dünya18:24 22.04.2014

Ukraynanın hərbi təyyarəsi vuruldu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Slavyansk şəhəri üzərində uçan Ukrayna hərbi təyyarəsi vurulub. 

ANS PRESS-in verdiyi məlumata görə, bu haqda Ukrayna Müdafiə Nazirliyi acıqlama verib. Ukrayna Müdafiə Nazirliyi ölkənin bir hərbi təyyarəsinin silah atəşiylə vurulması barədə bildirsə də hadisə ilə əlaqədar digər detallara heç bir şərh verməyib.

"Müşahidə uçuşu həyata keçirən AN-30 hərbi təyyarəsi kiçik silahlardan atəşə tutulub, təyyarə hava limanında təcili qəza eniş edib. Ciddi ziyan aşkar olunmayıb" – deyə nazirlikdən bildirilib.

Ölkənin şərqindəki Donetsk əyalətində yerləçən Slavyansk şəhərinin ruspərəst qüvvələrin nəzarəti altında olduğu məlumdur.

Qaynar.info