Xəbər lenti

Ukraynanın hücum edə bilməsi üçün nə qədər tank lazımdır? - Britaniyalı ekspertlər
Dünya08:36 17.01.2023

Ukraynanın hücum edə bilməsi üçün nə qədər tank lazımdır? - Britaniyalı ekspertlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) ekspertləri bildirirlər ki, Ukraynaya öz hücum əməliyyatını həyata keçirmək üçün Qərbdən 100-ə yaxın tank lazımdır.
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, Britaniya hərbi kəşfiyyatının keçmiş rəhbəri Fil Osborn bu qiymətləndirmə ilə razıdır. Eyni zamanda, o qeyd edib ki, hər şey "düzgün hazırlıqdan, yaxşı təchizatdan və Kiyevin 2023-cü ilin yazına olan hərbi planlarından” asılı olacaq.
Bundan əvvəl Britaniya hakimiyyəti Ukraynaya 14 "Challenger 2” tankı verəcəyini vəd edib, Polşa isə Almaniyanın razılığını tələb edən daha 14 Alman "Leopard 2” tankını Kiyevə verməyi planlaşdırır. Qeyd edildiyi kimi, Ukrayna eyni zamanda 300 tank və ən azı 600 döyüş maşını tələb edib.
Nəşr qeyd edir ki, IISS-in məlumatına görə, NATO-nun 13 ölkəsində 2300-dən bir qədər çox Leopard-2 var, onlardan ən azı 300-ü anbardadır, lakin bir çoxu acınacaqlı vəziyyətdədir.
Alpər