Xəbər lenti

Ukraynanın ilk prezidenti Yeltsinin ona göstərdiyi tarixi sənəddən danışdı
Dünya11:55 03.05.2021

Ukraynanın ilk prezidenti Yeltsinin ona göstərdiyi tarixi sənəddən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın keçmiş prezidenti Boris Yeltsin Ukraynanın ilk prezidenti Leonid Kravçuka Ukraynanın Rusiyanın strateji maraqları sferasında olduğu yazılmış bir sənədi göstərib. 
Qaynarinfo "Gordon" nəşrinə istinadla xəbər verir ki, Ukraynanın ilk prezidenti Leonid Kravçuk bu barədə "Ukrayna 24" telekanalının efirində məlumat verib.
"Rusiya siyasətindəki bir vacib məqam ətrafında siyasi oyun gedir. Boris Yeltsinlə müzakirə etdiyim çox vacib bir mövqeyi açmaq istəyirəm. Bir gün o, məndən Rusiya Federal Məclisində təsdiq üçün təqdim edəcəyi bir sənədə qulaq asmağımı xahiş etdi. Bu sənəd "Rusiya Xarici Siyasətinin Əsasları" adlandı. İlk məqamlardan biri aşağıdakıları ifadə edirdi: Ukrayna Rusiyanın strateji maraqları sistemində olub, indi elədir, gələcəkdə də elə olacaq”, - Kravçuk deyib.
Bundan əvvəl Ukrayna və Qərbin Rusiyanın öz qoşunlarını Ukrayna sərhədinə çəkməsindən narahat olduqları bildirilmişdi. Moskva təlimlər keçirdiklərini və heç kimi təhdid etmədiklərini iddia edib.
Bu arada Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukrayna ilə müharibəyə doğru getməyəcəyini bildirib. O, qeyd edib ki, "həmçinin heç kim Ukraynada vətəndaş müharibəsi ehtimalını qəbul etmir". Peskovun sözlərinə görə, "Rusiya heç vaxt Donbasdakı qarşıdurmada tərəf olmayıb, lakin ölkənin cənub-şərqində yaşayan rusdilli insanların taleyinə biganə qalmayacaq".
Alpər