Xəbər lenti

Ukraynanın keçmiş müdafiə naziri vəkilliyə başlayır
Dünya13:58 19.01.2024

Ukraynanın keçmiş müdafiə naziri vəkilliyə başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Korrupsiya qalmaqalından sonra vəzifəsindən uzaqlaşdırılan Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikovun vəkillik lisenziyası bərpa edilib. 
Qaynarinfo xəbər verir ki, Bu barədə "Ukrayna xəbərləri" məlumat yayıb.
"Keçmiş müdafiə naziri Aleksey Reznikov vəkillik fəaliyyətini bərpa edir", deyə nəşr yazıb.
Qeyd olunur ki, siyasətçi 2020-ci ildə Ukraynanın reinteqrasiyası üzrə baş nazirin müavini vəzifəsini icra edərkən vəkillik lisenziyasını dayandırıb.
Nəşrin məlumatına görə, Reznikov vəkillik lisenziyasını 1994-cü ildə alıb. Hökumətdə işləməzdən əvvəl hüquq firmalarında və vəkillər kollegiyalarında çalışıb.
Sentyabrda Aleksey Reznikov istefa ərizəsi ilə Ali Radaya müraciət edib. Onun işdən çıxarılması Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğu və korrupsiya qalmaqalları ilə əlaqələndirilib.
Aydın