Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nəticəsində bu ölkənin infrastrukturuna və binalarına dəyən zərər 60 milyard dollar civarındadır.
Qaynarinfo "Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Dünya bankı prezidenti Devid Malpas bildirib.
D. Malpas onu da əlavə edib ki, qiymətləndirmə zamanı Ukraynanın məruz qaldığı iqtisadi itkilər nəzərə almayııb.
Dünya bankının Ukrayna ilə bağlı konfransına onlayn qatılan prezident Zelenski isə ölkəsinin məruz qaldığı itkilərlə bağlı daha böyük rəqəmləri açıqlayıb.
Prezident Zelenski Rusiyanın Ukraynaya hücumu nəticəsində ölkəsinin iqtisadi itkilərinin hər ay 7 milyard dollar olduğunu deyib.
Ukraynanın baş naziri Denis Şmiqal isə ümumilikdə Ukraynanın itkilərinin 560 milyard dollar dəyərində olduğunu bildirib və ölkədə ÜDM-nun 30-50% azala biləcəyini vurğulayıb. Baş nazir həmçinin müharibədən sonra Ukraynanın "Marşal planı” kimi yenidənqurma lahiyəsinə ehtiyacı olacağını bildirib.
Nurlan Hüseynov