Ukraynanın Müdafiə naziri Andrey Taran istefa verib.
Qaynarinfo xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı sözçüsü Taras Melniçuk "Telegram"da məlumat yayıb. Onun sözlərinə görə, Müdafiə nazirininin istefa ərizəsi Ali Radaya təqdim olunub.
Qeyd edək ki, Andrey Taran 2020-ci il martın 4-dən Müdafiə naziri postunu tuturdu. Onun səhhətində problemlərin olduğu bildirilir.