Xəbər lenti

Ukraynanın müdafiə naziri: "Vəziyyət tam nəzarətimiz altındadır"
Dünya15:32 24.02.2022

Ukraynanın müdafiə naziri: "Vəziyyət tam nəzarətimiz altındadır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna müdafiə naziri Oleksiy Reznikov Müdafiə Nazirliyinin rəsmilərinin ölkəni tərk etməsi ilə bağlı məlumatların yalan olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmi "Facebook" səhifəsində məlumat verilib.
"Mən Kiyevdəyəm. Təhlükəsizlik protokoluna uyğun olaraq, yer dəyişdirmək vacibdir. Müdafiə nazirinin bütün müavinləri özvəzifələrinə uyğun işləyirlər. Müdafiə Nazirliyi, Baş Qərargah hamısı yerindədir və vəzifələrini yerinə yetirir”, - deyəmüdafiə nazirinin müraciətində qeyd olunub.
Nazir bildirib ki, Rusiyanın Ukraynaya hücum etdiyi bütün istiqamətlərdə vəziyyət tam nəzarət altındadır: "Mən Ukrayna Silahlı Qüvvələrinin komandanlığı, Ukrayna Prezidenti və Ukraynanın Baş naziri ilə daim əlaqə saxlayıram. Eyni zamanda, beynəlxalq tərəfdaşlarla da danışıqlar aparıram”.
Oleksiy Reznikov Rusiya tərəfinin xeyli itki verdiyini, texnikasının və şəxsi heyəti məhv edildiyini və bunun davamlı olacağını vurğulayıb.