Xəbər lenti

Dünya 22:00 29.11.2023

"Ukraynanın NATO üzvlüyünün ləngiməsi Rusiyanı müharibəyə təşviq edir" - Kurt Uolker

ABŞ-ın NATO-dakı sabiq səfiri və keçmiş nümayəndəsi Kurt Volker bildirib ki, Ukraynanın NATO-ya qəbulunun ləngiməsi Vladimir Putin rejimini müharibəni sonsuza qədər davam etdirməyə sövq edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Ukrinform” məlumat yayıb.

O, ABŞ hökumətinin mövqeyini deyil, şəxsi nöqteyi-nəzərini ifadə etdiyini vurğulayıb.

"Mən əminəm ki, bu gün NATO-nun siyasəti istəmədən Putinə hərbi əməliyyatları davam etdirmək üçün siqnal göndərir. Biz deyirik ki, Ukrayna uzunmüddətli perspektivdə üzv olsun, amma bu müharibə davam edərkən onu NATO-ya daxil edə bilmərik. Bu, Putin üçün müharibəni davam etdirməsinə stimuldur”, deyə o, bildirib. 

Onun fikrincə, tam əks - Ukraynanın mümkün qədər tez NATO üzvü olacağı barədə mesaj göndərməyin vaxtı çatıb.

"Bu o demək olacaq ki, Ukraynanın uduzmasına heç bir yol olmayacaq. O zaman Putin üçün bu müharibənin davam etdirilməsi mənasız, Rusiya üçün isə dağıdıcı olacaq”, deyə diplomat bildirib.

Volker qeyd edib ki, bu niyyəti həyata keçirmək düşünüldüyü qədər çətin deyil.

Onun sözlərinə görə, şübhəsiz ki, Ukraynanın üzvlüyünün eskalasiyaya, nüvə silahından istifadə riskinə və ya NATO ilə Rusiya qüvvələri arasında birbaşa toqquşmaya səbəb ola biləcəyi ilə bağlı narahatlıq var. Bu narahatlıqlar nəzərə alınmalıdır, lakin Volkerin fikrincə, onları həll etmək olar.

İyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammitindən sonra Alyansın liderləri bəyan ediblər ki, müttəfiqlər razılaşdıqda və "şərtlər yerinə yetirildikdə” Ukrayna NATO-ya dəvət alacaq. Həmçinin Ukraynanın MAP (Üzvlük Fəaliyyət Planı) olmadan NATO-ya üzv ola biləcəyi razılaşdırılıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->