NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynanın hərbi münaqişədə qalib gəlməsi ölkənin tezliklə Şimali Atlantika Alyansına qəbul olunmasının şərtlərindən biridir.
Qaynarinfo xəbər ki, baş katib bu barədə Brüsseldə Estoniyanın naş naziri Kaya Kallas ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Stoltenberq Ukrayna üçün "NATO-nun qapılarının həmişə açıq olduğunu” vurğulayıb.
"Hazırda ən aktual vəzifə Ukraynanın suveren dövlət kimi qalib gəlməsinə əmin olmaqdır. Əsas diqqət Ukraynanın qələbəsinin təmin edilməsində olmalıdır. Çünki prezident Putin bu müharibədə qalib gəlsə, qoşulmağın artıq mənası olmayacaq. Bu Ukraynanın üzvlüyü ilə bağlı müzakirə üçün ilkin şərtdir”, deyə Stoltenberq bildirib.
İyulun 11-12-də Vilnüsdə keçirilməsi nəzərdə tutulan sammitin nəticələri ilə bağlı jurnalistlərin sualını cavablandıran NATO-nun baş katibi deyib: "Sammitin nəticələri barədə danışmaq hələ tezdir, hazırda məsləhətləşmələr gedir. Amma mən əminəm ki, müttəfiqlər ümumi nəticəyə gələcək və Ukraynanın üzvlük istəklərinə cavab verəcəklər. Yadda saxlamalıyıq ki, Alyansın bütün üzvləri Ukraynanın bura daxil olmasına razıdırlar”.
Stoltenberq bir daha vurğulayıb ki, "NATO-nun qapıları açıq qalır” və Ukrayna Şimali Atlantika Alyansına üzv olacaq.
Aydın