usiya KİV Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti işğal olunmuş Feodosiya limanı yaxınlığında "Novoçerkassk” desant gəmisini vurması nəticəsində azı 19 rusiyalı dənizçi yaralanıb, 33-ü itkin düşmüş sayılır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Astra” teleqram kanalı öz mənbələrinə istinadən
yazıb.
Nəşrin məlumatına görə, dekabrın 26-na keçən gecə hücum zamanı gəmidə 77 dənizçi olub. İtkin düşənlərdən başqa 19 dənizçi də yaralanıb.
Krımın psevdobaşçısı Sergey Aksyonov daha əvvəl limana hücum nəticəsində bir nəfərin öldüyünü və dörd mülki vətəndaşın yaralandığını bildirmişdi.
Hücum zamanı "Novoçerkassk” gəmisində dənizçilərin olması faktını daha əvvəl Rusiya "Agentlik” nəşri yayıb. Nəşrin yazdığına görə, zərbə zamanı gəmidə ən azı iki zabit ola bilərdi.
Xatırladaq ki, qekabrın 26-da səhər saat 3 radələrində işğal olunmuş Krımın Feodosiya bölgəsində partlayışlar baş verib. Bildirilib ki, İrana məxsus döyüş sursatı daşıdığı iddia edilən gəmi partladılıb və limanda yanğın başlayıb.
Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Nikolay Oleşçuk təsdiqləyib ki, ukraynalı müdafiəçilər işğal olunmuş Feodosiyada Rusiyanın böyük desant gəmisi "Novoçerkassk"ı partladıblar.
Sonradan məlum oldu ki, Novoçerkassk desant gəmisi Hərbi Hava Qüvvələrinin taktiki aviasiyasının qanadlı raketləri ilə məhv edilib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, "Novoçerkassk” desant gəmisi həmin gecə Feodosiyada "Ukrayna Silahlı Qüvvələrinin təyyarə idarə olunan raketlərindən istifadə edərək hücumunu dəf edərkən” zədələnib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "zenit döyüşü zamanı raket buraxan iki Ukrayna Su-24 təyyarəsi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bunu təkzib edib.
Alpər