Xəbər lenti

Ukraynanın Rusiyaya qaz borcunun həcmi açıqlandı
Dünya16:52 30.04.2014

Ukraynanın Rusiyaya qaz borcunun həcmi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Rusiyadan aldığı qaza görə borcu aprel ayının 30-na görə 3,492 milyard dollar təşkil edir.

ANS PRESS-in verdiyi məlumata görə, bu barədə Rusiyanın “Qazprom” şirkəti məlumat yayıb.

Şirkətin sözçüsü Sergey Kupriyanovun məlumatında qeyd olunur ki, Ukraynanın “Naftoqaz Ukraina” şirkətinin sifarişinə görə, biz onlara aprel ayı üçün olan qazı göndərmişik. Onların Rusiya qazına olan ümumi borcu isə artıq 3,492 milyard dolları aşıb.

Xatırladaq ki, “Naftoqaz Ukraina”nın mart ayına olan borcu 2,2 milyard dollar idi.

Qaynar.info