Xəbər lenti

"Ukraynanın taleyi ABŞ prezident seçkilərinin nəticəsindən asılı olacaq" - Olland
Dünya06:32 10.06.2023

"Ukraynanın taleyi ABŞ prezident seçkilərinin nəticəsindən asılı olacaq" - Olland

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynadakı döyüşlərin nəticəsi gələn il ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olacaq. 
Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın keçmiş lideri Fransua Olland "Financial Times" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Donald Tramp prezident seçilərsə, "deyəcək: biz orada dayanırıq; Ruslar nə əldə edibsə, özləri üçün saxlaya bilərlər”. Olland həmçinin əlavə edib ki, Trampın fikrincə, münaqişə "çox baha başa gəlir”.
Fransanın eks-prezidenti hesab edir ki, Avropa təhlükəsizliyi təmin etmək üçün özünə güvənməli olduğu günə hazırlaşmalıdır ki, bu da eyni zamanda NATO ilə əlaqələndirilməlidir.
Xatırladaq ki, daha əvvəl keçmiş dövlət katibi Hillari Klinton deyib ki, 2024-cü ildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən prezident seçilməsi ölkədə "demokratiyanın sonu”, ABŞ-ın NATO-dan çıxması və "Ukraynanın məhvi” demək olacaq.
Alpər