Xəbər lenti

"Ukraynanın tam qələbəsinə qədər rusları hər yerdə öldürəcəyik" - Budanov
Dünya12:03 07.05.2023

"Ukraynanın tam qələbəsinə qədər rusları hər yerdə öldürəcəyik" - Budanov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukrayna xüsusi xidmət orqanlarının bir sıra rusiyalı təbliğatçıların öldürülməsində mümkün iştirakı ilə bağlı məlumatları təsdiq və ya təkzib etməkdən imtina edib.
Qaynarinfo xəbər verir ki, "YahooNews" jurnalistlərinin sualını cavablandıran Budanov "Ukrayna tam qələbəyə qədər rus işğalçıları ilə mübarizə aparacaq" deyib.
"Bu mövzunu davam etdirməyin. Yalnız şərh edəcəyim odur ki, biz rusları öldürdük və Ukraynanın tam qələbəsinə qədər dünyanın istənilən yerində rusları öldürəcəyik", deyə Budanov bildirib.
Qeyd edək ki, 2022-ci il avqustun 20-də Moskva vilayətində "Rus dünyası”nın əsas ideoloqu Aleksandr Duqinin qızı Daria Duqinanın idarə etdiyi avtomobil partladılıb. Rusiya qətlin Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını və törədildiyini bildiriblər. Rusiya kəşfiyyat xidməti qətli törədənin iyunda 12 yaşlı qızı ilə Rusiyaya gələn 43 yaşlı Ukrayna vətəndaşı Nataliya Vovk olduğunu iddia edir.
Fevral ayında Donetsk vilayətində təbliğatçı İqor Manquşev başından güllələnib. 
Bu il aprelin əvvəlində Sankt-Peterburqda "Street Bar” kafesində baş vermiş partlayış nəticəsində Rusiyanın hərbi komissarı Vladlen Tatarski (əsl adı Maksim Fomin) öldürülüb. 
Mayın 6-da isə Rusiyada rus yazıçı Zaxar Prilepinin avtomobili partladılıb. Partlayıcı qurğu uzaqdan işə salınıb. 
Aydın