Xəbər lenti

Ukraynanın Trostyanets şəhəri rus ordusunun nəzarətinə keçdi (FOTO)
Dünya05:23 05.03.2022

Ukraynanın Trostyanets şəhəri rus ordusunun nəzarətinə keçdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ukraynanın Sumı vilayətinin Trostyanets şəhəri Rusiya ordusu tərəfindən ələ keçirilib".
Qaynarinfo UNİAN-a istinadən xəbər verir ki, bunu Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski deyib.
Onun sözlərinə görə, hazırda təcili yardım yarımstansiyasına Rusiya hərbçiləri nəzarət edir:
"Onlar həkimlərin çağırışa getməsinə icazə vermirlər, yalnız fövqəladə hallarda uşaqlara görə icazə verirlər. Həkimlərə xəbərdarlıq edilib ki, özləri getsələr, güllələnəcəklər. Başqa yaşayış məntəqələrindən təcili yardım maşınını buraxmırlar. Yerli sakinlər ərzaq və digər malları ala bilmirlər. Bütün mağazalar talan edilib, şəhərdə daim axtarışlar aparılır və snayperlər işləyir. Həmçinin əhaliyə kömək etmək üçün şəhərə girmək imkanı yoxdur".