Xəbər lenti

Ukraynaya atılan Rusiya raketlərinin bir hissəsi Moldova ərazisindən keçib
Dünya11:03 10.10.2022

Ukraynaya atılan Rusiya raketlərinin bir hissəsi Moldova ərazisindən keçib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya hərbçilərinin Ukraynaya atdığı 3 raket Moldova hava məkanından keçib.
Qaynarinfo xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Nika Popesku "Twitter” səhifəsində məlumat yayıb.
"Bu gün səhər saatlarında Qara dənizdə Rusiya gəmilərindən Ukraynaya buraxılan üç qanadlı raket Moldovanın hava məkanını keçib. Mən Rusiya səfirini izahat verilməsi üçün çağırılmasını tapşırdım", - nazir yazıb.
Eyni zamanda, Moldova Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi monitorinq sistemləri hava məkanında raketləri qeydə alıb.
Müdafiə Nazirliyi qeyd edib ki, raketlər Moldovanın infrastrukturu və xüsusən də ölkənin hava məkanında olan mülki təyyarələr üçün təhlükə yaradıb.
"Müdafiə Nazirliyi ölkənin məsul strukturları ilə əməkdaşlıq edərək regiondakı vəziyyəti diqqətlə izləyir və Rusiya ordusunun Ukrayna şəhərlərinə insan tələfatı ilə nəticələnən hücumlarını qətiyyətlə pisləyir”, - Müdafiə Nazirliyi bildirir. 
Xatırladaq ki, oktyabrın 10-da Rusiya qoşunları Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib.
Nizami Bağırov