Bir müddət əvvəl Ukraynaya verdiyi dəstəyə görə əziyyət çəkən 84 yaşlı aktrisa Liya Axedjakova Rusiyadan qaçmaqdan imtina edir. "Sovremennik” Teatrından qovulmasına və rollardan məhrum olmasına baxmayaraq, hələ də işğalçı ölkənin ərazisində qalmaq istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə Unian-ın materialında
deyilir.
Axedjakova da hesab edir ki, ona qarşı "sanksiyalar” bununla bitməyəcək. Aktrisanın sözlərinə görə, o, tezliklə cərimələri ödəməli olacaq, üstəlik də "xarici agent” elan oluna bilər.
"Bəli, məni "Sovremennik"dən uzaqlaşdırdılar. Onların cərimə kimi alacağı pullara heyfim gəlir... Sonra məni "xarici agent" elan edəcəklər. Bu haqda çuğullama materialı da artıq Prokurorluq masa üstündədir", - Axedjakova bildirib.
Ancaq bu da aktrisanı qorxutmur. O, "DDT” mahnısından sitat gətirərək Rusiyadan qaçmayacağını qeyd edib:
"Bura mənim "eybəcər vətənimdir" (Rodina-urodina. – red.) Gözəl olmasa da, xoşumuza gəlir. Artıq 84 yaşım var, burdan getmək üçün çox gecdir. Qoy onlar getsinlər. Mən heç yerə getməyəcəyəm, bütün hər şeyə burda qalaraq dözəcəyəm. Mən xeyli müddətdir burada yaşayıram".
"Rus aktrisa Putinin başlatdığı genişmiqyaslı müharibəyə qarşı olduğunu gizlətmir. Axedjakova bildirib ki, o, artıq qanlı diktatordan və Rusiya Federasiyasının xəyali əzəmətindən yorulub. Aktrisa da qələbəmizdən sonra Ukraynaya qayıtmaq istəyir”, - Unian qeyd edir.
Bu yaxınlarda məlum olub ki, Axedjakova 50 ilə yaxın işlədiyi "Sovremennik” Teatrından qovulub. Məşhur aktrisanın sözlərinə görə, işdən çıxarılma rəhbərliyin göstərişi ilə olub. Axedjakova dərhal yeni bir cədvəl dərc edərək bütün tamaşalardan uzaqlaşdırılıb.
Alpər