Rusiyanın Ukrayna şəhərlərinə qanlı zərbələrindən sonra Polşa Xarici İşlər Nazirliyi sərt bəyanatla çıxış edərək, Kremlə təzyiqi artırmağa və Ukraynanı uzaqmənzilli raketlərlə təmin etməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Twitter (X) səhifəsində müvafiq çağırış yazıb. Xarici İşlər Nazirliyinin rəhbəri təcavüzkarın yeni silah istehsal etmək imkanının olmaması üçün müvafiq ehtiyat hissələrinin və digər əşyaların Rusiya Federasiyası ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınmasının vacibliyini vurğulayır. Polşalı nazir həmçinin Ukraynaya müvafiq silahlarla köməklik göstərilməsinin vacibliyində israr edir.
"Biz Ukraynadakı son hücuma Putinin başa düşəcəyi tərzdə cavab verməliyik: onun qaçaqmalçılıq yolu ilə gətirilən komponentlərlə yeni silahlar yaratmasının qarşısını almaq üçün sanksiyaları gücləndirməklə və Kiyevi raket buraxılış məntəqələri və komanda mərkəzlərini məhv etməyə imkan verəcək uzaq mənzilli raketlərlə təmin etməklə”, - deyə o vurğulayıb.
Alpər