Xəbər lenti

Dünya 19:24 21.04.2024

Ukraynaya NATO silahlarının yeni tədarükü üçün şərt qoyulub

Ukraynada Silahlı Qüvvələrinin itkilərini əvəz etmək üçün səfərbərlik haqqında sərt qanunun qəbulu NATO ölkələrinin Kiyevə yeni silah tədarükü üçün şərt idi. 

Qaynarinfo xəbər verir ki, TASS bu barədə Brüsseldəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Ukraynada səfərbərlik haqqında yeni sərt qanunun qəbulu NATO ölkələrindən yeni silah təchizatı üçün şərt idi. Silahların tədarükü o halda məqsədəuyğundur ki, bu silahlardan müdafiə və ya hücum əməliyyatlarında istifadə edə biləcək xeyli sayda təlim keçmiş hərbi personal olsun və itkilər vaxtında ödənilsin ki, bu da yeni əsgərlərin fəal şəkildə cəlb olunmasını tələb edir", deyə diplomat qeyd edib.

Aprelin 16-da Ukrayna prezidenti Volodimir Zelenski Ali Radanın əvvəllər qəbul etdiyi səfərbərlik haqqında qanunu imzalayıb. Yeni qanuna əsasən, çağırış xidmətinin əvəzinə 5 (sülh dövründə) və 3 (müharibə dövründə) ay müddətinə əsas hərbi xidmət tətbiq edilir. Yaşı 24-dən az olan ukraynalılar əsas xidmət ilini və müddətini seçə biləcəklər.

Qanun həmçinin 2025-ci ildən universitet təhsilinin bir hissəsinə çevriləcək, kişilər üçün məcburi, qadınlar üçün isə könüllü olan əsas birləşmiş silah hazırlığının tətbiqini nəzərdə tutur. Çağırışdan yayınanlar və hərbi qeydiyyat qaydalarını pozanlar üçün bir sıra məhdudiyyətlər, o cümlədən Ukraynadan çıxışa müvəqqəti qadağa, əmlakın müsadirəsi və avtomobil idarə etmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->