Xəbər lenti

Dünya 19:22 06.04.2024

Ukraynaya qalib gəlmək üçün hansı silahlar lazımdır?

Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib ki, ukraynalı müdafiəçilərin cəbhədə mərmisi yoxdur. 

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, ölkənin tərəfdaşları tezliklə bu problemi həll etməlidir.

"Cəbhədəki çətin vəziyyəti, hərbçilərin silah-sursat çatışmazlığını çox gözəl bilirik. Amma düşünürəm ki, biz bunu həll etməyə nail olacağıq. Mən həmçinin hava hücumundan müdafiənin əhəmiyyətini anlayıram, çünki Rusiya çoxlu sayda raketlərdən, pilotsuz təyyarələrdən, eləcə də hava bombalarından istifadə edə bilib, onlardan Ukrayna öz şəhərlərini, vətəndaşlarını və mühüm infrastrukturunu müdafiə etməlidir", deyə nazir , Ukrayna Silahlı Qüvvələrinin qələbə üçün hansı silahlara ehtiyacının olduğu barədə suala cavabında bildirib.

Ollonqren əlavə edib ki, Rusiya iqtisadiyyatı "müharibə şəraitinə" keçib, bu səbəbdən onun Ukraynaya səfəri zamanı burda silah istehsalının artırılması imkanları müzakirə olunub.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->