Xəbər lenti

Ukraynaya qarşı müharibə Almaniyaya 200 milyard avrodan çox ziyan vurub
Dünya 14:31 21.02.2024

Ukraynaya qarşı müharibə Almaniyaya 200 milyard avrodan çox ziyan vurub

İqtisadi tədqiqatçıların fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsi artıq Almaniyaya 200 milyard avrodan çox ziyan vurub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Tagesschau” nəşri məlumat yayıb.  

"Ukraynada iki illik müharibədən sonra Almaniyanın iqtisadi itkiləri 200 milyard avronu əhəmiyyətli dərəcədə keçəcək", - Alman İqtisadi Tədqiqatlar İnstitutunun (DIW) prezidenti Marsel Fratşer bildirib. 

"İlk növbədə, yüksək enerji qiymətləri Almaniyada 2022-ci ildə artımı 2,5 faiz bəndi və ya 100 milyard avro, 2023-cü ildə isə bu günə qədər analoji məbləğdə azaldıb", - DIW rəhbəri qeyd edib.

Onun fikrincə, bunlar yalnız "birbaşa maliyyə xərcləridir”. Müharibə səbəbindən "xüsusilə də Çinlə artan geosiyasi və geoiqtisadi münaqişələr” əlavə xərclərə səbəb olacaq.

Marsel Fratşer izah edib ki, bu, xüsusilə ixracatçı şirkətlərə ağır zərbə vuracaq. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->