Xəbər lenti

Ukraynaya qarşı müharibə və pandemiya dünya iqtisadiyyatına nə qədər ziyan vurub?
Dünya10:17 05.09.2023

Ukraynaya qarşı müharibə və pandemiya dünya iqtisadiyyatına nə qədər ziyan vurub?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qlobal iqtisadiyyat bir sıra neqativ şoklara - pandemiya, müharibə, iqlim dəyişikliyi və yaşayış səviyyəsi böhranına davamlılıq nümayiş etdirdi. Bu şoklardan bərpa davam edir, lakin yavaş və qeyri-bərabər.
Bu barədə Qaynarinfo BVF-nin rəhbəri Kristalina Georgiyevanın ASEAN sammitindəki bəyanatına istinadən xəbər verir.
"Pandemiyadan əvvəlki qlobal tendensiyalarla müqayisədə trilyonlarla dollarlıq qlobal istehsal itirildi", - rəsmi bildirib. 
Onun sözlərinə görə, bu iqtisadi "çapıq" böyükdür və ölkələr arasında qeyri-bərabər paylanıb. Ən böyük iqtisadiyyatlardan yalnız ABŞ tam bərpa edilib. Avro bölgəsi təqribən 2% trenddən qeri qalmaqda davam edir, Çin və digər inkişaf etməkdə olan ölkələr təqribən 5% trenddən geri qalır, aşağı gəlirli ölkələrə isə daha çox zərbə dəyib. 
"2021-ci ildə 6%-dən çox güclü artımın ardınca bərpa, əsasən, Rusiyanın Ukraynadakı müharibəsinin şoku səbəbindən əhəmiyyətli dərəcədə yavaşladı. Biz bu zəif performansın davam edəcəyini və ortamüddətli perspektivdə 3% ətrafında qlobal artımın olacağını proqnozlaşdırırıq", - Georgiyeva bildirib.
Bununla belə, o qeyd edib ki, bu, faiz dərəcələrinin uzun müddət daha yüksək olacağı gözlənilən inflyasiya şəraitində, eləcə də fraqmentasiya risklərinin artması kontekstində son onilliklərdə artımın ən aşağı səviyyəsidir.
Nizami Bağırov