Xəbər lenti

Ukraynaya qarşı müharibəyə başlayan Putinin 4 səhvi - XİN başçısı açıqladı
Dünya06:02 10.05.2022

Ukraynaya qarşı müharibəyə başlayan Putinin 4 səhvi - XİN başçısı açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın xarici işlər naziri Jan-İv Le Drian hesab edir ki, Vladimir Putin Ukraynaya qarşı müharibəyə başlamaqla dörd strateji səhvə yol verib. Onun sözlərinə görə, indi Ukrayna daha da güclənib.
Qaynarinfo xəbər verir ki, nazir bu barədə BFM TV-nin efirində danışıb.
"Birinci səhv, Ukraynanın tez bir zamanda təslim olmasını düşünməkdir... Əksinə, Rusiyanın hücumu Ukraynanın birliyini gücləndirdi. Qəhrəmancasına mübarizə aparan bir xalq yaratdı”, deyə Le Drian bildirib.
Putinin daha bir səhvi Avropanın sərt reaksiya verməyəcəyi fikridir. Beləliklə, Avropa İttifaqı da Ukrayna ilə həmrəy oldu və gücləndi. Eyni şey NATO-ya da aiddir: "Və müdaxilə nəticəsində Alyans öz əsaslarına, Avro-Atlantik məkanda kollektiv həmrəyliyə qayıtdı".
Le Drianın fikrincə, Putinin dördücü səhvi öz ordusunu həddən artıq qiymətləndirməsi olub. 
Nazir əlavə edib ki, müharibə "uzun və çətin" ola bilər, ona görə də Ukraynanın köməyə ehtiyacı var.
Nizami Bağırov