Ukraynaya silah tədarükü fəlsəfəsində dəyişiklik lazımdır. Xüsusilə, Kiyevə tanklar verilməlidir.
Qaynarinfo DW-yə istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal
deyib.
"Silah tədarükü fəlsəfəsində dəyişikliyə ehtiyacımız var. Bununla demək istəyirəm ki, müasir döyüş tankları da tədarük edilməlidir. ABŞ-ın bizə Abrams, Almaniyanın isə Leopard 2 tankları ilə təmin edəcəyini gözləyirik. Bunlar müasir tanklardır, Ukraynaya döyüş meydanında lazımdır”, - Şmıqal bildirib.
Şənbə günü Baş nazir Berlinə səfər edəcək, bazar günü isə Almaniya kansleri Olaf Şoltsla görüşü planlaşdırılıb. Şmıqal Rusiya işğalı başlayandan bəri Berlinə səfər edən ən yüksək vəzifəli ukraynalı siyasətçi olacaq.
"Almaniya Ukraynanı silahla dəstəkləməkdə böyük irəliləyiş əldə edib", - Şmıqal deyib. Onun sözlərinə görə, əvvəlcə onlar yalnız qoruyucu vasitələr və ya dəbilqə verirdilərsə, bu gün ən müasir silahları verirlər.
Nizami Bağırov