Xəbər lenti

Ukraynaya təklif: Ərazilərini Rusiyaya ver və NATO-ya qoşul
Dünya14:37 15.08.2023

Ukraynaya təklif: Ərazilərini Rusiyaya ver və NATO-ya qoşul

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada müharibəyə son qoymağın yollarından biri Kiyevin NATO-ya üzv olmaq müqabilində ərazisinin bir hissəsindən imtina etməsi ola bilər. 
Qaynarinfo xəbər verir ki, bu təkliflə NATO-nun baş katibinin ofisinin rəhbəri Stian Yenssen çıxış edib.
NATO qərargahının rəhbərinin sözlərinə görə, bu yolla Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynanın təhlükəsizliyinə zəmanət vermək olardı. "Mən demirəm ki, bu belə olmalıdır. Amma yəqin ki, bu, mümkün bir həll yoludur”, - o əlavə edib.
NATO-nun baş katibi Yens Stoltenberq indiyədək Rusiyanın işğalından sonra Ukrayna üçün vəziyyətin mümkün həlli yollarını müzakirə etməyib. Yenssen bu məsələ üzərində düşünmək və müharibədən sonra Ukraynanın təhlükəsizliyinin necə təmin olunacağını müəyyənləşdirmək zərurətində təkid edir.
Stoltenberq də, Yenssen də Ukraynanın müstəqil seçiminin vacibliyini vurğulayırlar. Blok nümayəndələri bildirirlər ki, Rusiya ilə gələcək danışıqların vaxtı və şərtləri ilə bağlı Kiyev özü qərar verəcək.
NATO qərargahının rəhbəri qeyd edib ki, Ukraynanın müharibədən sonrakı statusunun müzakirəsi artıq başlayıb və ərazinin Rusiyaya verilməsi məsələsi müzakirənin digər iştirakçıları tərəfindən qaldırılıb. NATO-ya üzv ölkələrin liderlərinin müzakirələrindən sonra onların iştirakçıları qərara gəliblər ki, Ukraynanın alyansa dəvəti "müttəfiq ölkələr razılığa gələrsə və Kiyev müvafiq şərtləri yerinə yetirərsə” formalaşdırılacaq”, - Yenssen xatırladıb.
NATO-nun baş qərargah rəisi vurğulayıb ki, Rusiya hazırda ciddi hərbi çətinliklərlə üzləşib və hazırda onun yeni əraziləri ələ keçirə biləcəyi ehtimalı azdır. Söhbət daha çox Ukraynanın nəyi geri qaytara biləcəyindən gedir, - deyə o yekunlaşdırıb.
Nizami Bağırov