Xəbər lenti

Umerov Türkiyəni Dəniz Koalisiyasına dəvət etdi
Dünya12:05 15.12.2023

Umerov Türkiyəni Dəniz Koalisiyasına dəvət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın müdafiə naziri Rustem Umerov Türkiyəni Qara dənizdə təhlükəsizliyi gücləndirmək üçün Dəniz Koalisiyasına qoşulmağa dəvət edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Təhsil Nazirliyinin mətbuat xidməti Umerovdan sitat gətirib.
"Qara dənizin təhlükəsizliyinin təmin edilməsində genişmiqyaslı işğalın ilk günündən Ukraynanı dəstəklədiyi üçün Türkiyəyə minnətdarıq. Türkiyəni Dəniz Koalisiyasına qoşulmağa dəvət edirik”, - Umerov deyib.
Bunu Ukraynanın Müdafiə naziri Türkiyənin Ukraynadakı yeni səfiri Levent Bilgenlə görüşündə deyib.
Məlumata görə, tərəflər müdafiə istehsalı sahəsində potensial əməkdaşlığı da müzakirə ediblər.
Səfir Bilgen Türkiyənin Ukraynaya hərtərəfli dəstəyinin davam edəcəyini qeyd edib.
Xatırladaq ki, Böyük Britaniya və Norveçin təşəbbüsü ilə yaradılan Dəniz Qüvvələri və Obyektləri Koalisiyasının səyləri Rusiyanın naviqasiya sərbəstliyinə, xüsusən də "taxıl dəhlizinin” fəaliyyətinə müdaxiləsini dayandırmağa yönəlib.
Alpər